Türkiyənin “Pegasus Airlines” aviaşirkəti İzmir-Bakı aviareysinin açılışını təxirə salıb.
Bu ilin martın 10-na planlaşdırılan İzmir-Bakı birbaşa sərnişin aviareysi üzrə ilk uçuş aprelin 2-nə keçirilib. Artıq aviaşirkət bununla bağlı mart ayına bilet almış sərnişinlərə xəbər göndərib. Bakıdan İzmirə ilk reys aprelin 3-də həyata keçiriləcək.
Qeyd edək ki, İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.
©APA