Çin hökuməti paytaxt Pekinə təyyarə reyslərini azaltmağa qərar verib.
Məqsəd koronavirusa yoluxmaların minimuma endirilməsidir.
Hökumət olimpiya oyunları ərəfəsində yoluxmaların artacağından ehtiyatlanır. Buna görə də sıfır Covid siyasətinə uyğun olaraq tədbirlər proqramı həyata keçirilir.
Qeyd edək ki, qış olimpiya oyunlarının açılış mərasimi fevralın 4-nə nəzərdə tutulub.