21 C
Baku
Friday, April 26, 2024

Pekin Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin iştirakını genişləndirməyi planlaşdırır

Pekin Bakı ilə enerji əməkdaşlığının inkişafında maraqlıdır, Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə çalışacaq. Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilir.

Energetika naziri Pərviz Şahbazov bu gün “Bir kəmər, bir yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.

“Görüşdə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. Həmçinin, neft-qaz, neft-kimya, emal sənayesi, elektroenergetika və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb”, – məlumatda deyilir.

Z.Jianhua öz növbəsində enerji şirkətlərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Çin Enerji Administrasiyası “Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin fəaliyyətlərinin genişlənməsi, eləcə də bərpa olunan enerji sahəsində iştiraklarının təmin olunması istiqamətində çalışacaq”.

“P.Şahbazov iki ölkə arasında enerji sahəsində əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədilə Z.Jianhuanı Azərbaycana dəvət edib”, – məlumatda qeyd olunur.

Həmçinin Çin şirkətləri bərpa olunan enerji sahəsində iştiraka dəvət edilib.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər