2 C
Baku
Saturday, December 14, 2024

Pekin hakimiyyəti qiymət artımına görə apteklərdən birini $436 min cərimələyəcək

Pekin hakimiyyəti epidemiyanın yayılmasından istifadə edərək qiymət siyasətini pozan apteklərə qarşı cərimə cəzası tətbiq edir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər rəhbərliyinin saytında Pekin Bazarına Nəzarət İdarəsinin qiymət artımına görə apteklərdən birini 3 milyon yuan (təxminən 436 min dollar) cərimələdiyi haqda məlumat yerləşdirilib. Aptek pnevmoniyaya yoluxmanın qarşısını almaq üçün nəzərdə tutulmuş maskaların qiymətini artırmasında günahlandırılıb.

Bildirilir ki, yanvarın 23-də keçirilən yoxlamalar nəticəsində qiymət siyasətini pozan apteklərə qarşı 31 iş açılıb.

Son xəbərlər
Digər xəbərlər