3 C
Baku
Saturday, February 24, 2024

Çin: Pekin üçüncü dünya müharibəsində maraqlı deyil

Çin tərəfi üçüncü dünya müharibəsində maraqlı deyil və Ukraynadakı münaqişənin diplomatik yollarla həllini dəstəkləyir. Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Van Venbin bildirib.

“Heç kim üçüncü dünya müharibəsi görmək istəmir, ona görə də Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının irəliləməsi prosesini dəstəkləmək lazımdır”, – siyasətçi söyləyib.

“Ümid edirik ki, maraqlı tərəflər soyuqqanlıq nümayiş etdirəcəklər və bu gərginliyin qarşısını alacaqlar”, – diplomat söyləyib və əlavə olaraq bildirib ki, ictimaiyyət yalnız Avropa deyil, həm də ondan kənarda olan ölkələrə təsir edəcək müharibəni dayandırmalıdır.

Aprelin 6-sında Çin XİN-i ABŞ-ı Ukraynadakı hadisələri həll etmək üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. O, Ağ Ev rəsmilərini Moskvanı təhdid etməyi dayandırmağa çağırıb. Onun sözlərinə görə, ABŞ “xaosdan pul qazanır” və sanksiyalar “sülhü qaytara və təhlükəsizliyi təmin edə” bilməyəcək.

Son xəbərlər
Digər xəbərlər