13 C
Baku
Monday, September 30, 2024

Pekin yeni tariflər tətbiq edir

Mayın 27-də Çinin müvəqqəti anti-dempinq tədbirləri qüvvəyə minir: ABŞ, Aİ, Yaponiya, Cənubi Koreya və Tailanddan gətirilən fenola münasibətdə yeni tariflər tətbiq olunur. 

ÇXR-in Ticarət Nazirliyinin qeyd etdiyi kimi, yuxarıda göstərilən dövlətlər aşağı qiymətə fenol idxal edərək, Çin istehsalçılarına ziyan vururlar. Bu maddə geniş tətbiq sahəsinə malikdir: neft emalı sahəsindən farmakologiya və heyvandarlığa qədər.

Nazirliyin məlumatına görə, ödəniş məbləği 11,9% -dən 129,6% -dək dəyişəcək. Tariflər hər bir şirkət üçün fərdi olaraq müəyyən ediləcəkdir: hər şey istehsalçının dempinq marjasından asılı olacaq – daxili qiymət və idxal olunan məhsulun qiyməti arasındakı fərq.

TASS qeyd edir ki, fenolun idxalı ilə əlaqədar anti-dempinq tədqiqatına 2018-ci ilin mart ayında başladılıb.

 

Son xəbərlər
Digər xəbərlər