10 C
Baku
Friday, December 27, 2024

Pekində yenidən qismən “lockdown” tətbiq edilib

Çinin paytaxtı Pekində koronavirusa yoluxma sayı artdıqdan sonra yenidən qismən kilidləmə tətbiq edilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, ümumilikdə Çində koronavirusa 103 nəfər yoluxub, onlardan 7 nəfər paytaxtda, 6 nəfər isə Daksinq bölgəsində yaşayır.

Yerli hakimiyyət orqanları xüsusi icazə və son üç gündə verilən koronavirus testinin mənfi nəticəsi olmadan sakinlərə evdən çıxmağı qadağan edib.

Eyni zamanda, 50 nəfərdən çox toplaşmaq qadağan edilib, toy mərasimlərini isə təxirə salmaq tövsiyə olunub.

Birinci sinif şagirdlərini distant təhsil rejiminə keçirmək qərarı verilib.

Son xəbərlər
Digər xəbərlər