Azərbaycan və Çin şirkətləri Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində şirkətləri $821 mln. məbləğində sənədlər imzalayıb. Bu barədə Azərbaycan rəsmi mətbuatı məlumat verir.
Azərbaycan və Çin şirkətləri 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalayıb. Müqavilələırin ümumi dəyəri $821 mln. təşkil edib.
Xüsusilə, Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair sazişlər imzalanıb.
O cümlədən, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2,5 min konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına dair sənədlər imzalanıb.
Bundan başqa, Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.
©İnterfaks-Azərbaycan