Pekində dünyanın ən böyük avtomobil sərgisi açılıb — Toyota RAV 4, Zeekr 8X və başqaları

Çinin Pekin şəhərində 19-cu beynəlxalq avtomobil sərgisi — “Auto China 2026″ — açılıb. Məlumata görə, tədbirdə ümumilikdə 1 451 avtomobil təqdim olunub və onlardan 181 model ilk dəfə nümayiş etdirilir. Təşkilat komitəsinin açıqlamasına əsasən, sərgidə 181 debüt model ilə yanaşı, 71 prototip də təqdim olunur.

5429461742099567616
Lexus LF-ZC
5429461742099567617
Lexus LF-ZC
5429461742099567639
Zeekr 8X
5429461742099567641
Zeekr 8X

Tədbir eyni anda iki məkanda keçirilir və ümumi sərgi sahəsi rekord həddə — 380 min kvadratmetrə çatıb. 17 pavilyondan 13-ü avtomobil ekspozisiyalarına ayrılıb, qalan hissədə isə komponent və texnologiya istehsalçıları yer alıb.

5429461742099567619
Toyota RAV4
5429461742099567620
Toyota RAV 4
5429461742099567636
Volkswagen Tayron L
5429461742099567634
Volkswagen Tayron L

Sərgidə 21 ölkə və regiondan şirkətlər iştirak edir. Burada qlobal avtomobil konsernləri, aparıcı Çin istehsalçıları və intellektual sürücülük sistemləri üzərində çalışan texnologiya şirkətləri öz məhsullarını təqdim edir. Ekspozisiyanın əsas trendi elektromobillər və hibridlərin üstünlüyü, eləcə də avtomobillərin rəqəmsal arxitekturasına keçid olub.

5429461742099567627
Audi SQ8 2026
5429461742099567628
Audi SQ8 2026
5429461742099567629
Lyriq-V 2026
5429461742099567630
Lyriq-V 2026.

Sərgi geniş ictimaiyyət üçün 28 apreldə açılacaq və 3 maya qədər davam edəcək. İşgüzar günlər ərzində 200-dən çox rəsmi mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər