Çin tədricən əvvəlki həyatına qayıdır və Covid-19 pandemiyasının bitməsi ilə əlaqədar olaraq məhdudiyyətləri ləğv edir. Belə ki, Pekində Çinin əsas simvollarından biri olan İmperator Sarayı (Qadağan edilmiş şəhər) fəaliyyətini bərpa edir.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Üç aydan çox olan müddətdə ilk dəfə olaraq İmperator Sarayını ziyarət etmək mümkün olacaq. Qeyd edək ki, bütün biletlər artıq satılıb (nə az, nə də çox – 25 min) və açılışdan sonra Sarayın qabağında bir neçə kilometr uzunluğunda növbə yaranıb.
Müəyyən məhdudiyyətlər hələ də qüvvədədir. Məsələn, ziyarətçilərin sayına ciddi şəkildə nəzarət edilir – gündə beş min turistdən çox olmayaraq.
Karantin məhdudiyyətlərinin ləğvi təkcə yerli əhaliyə aiddir. Uxandan və ya xarici ölkələrdən Pekinə gələnlər əvvəlki kimi observasiyaya göndəriləcək. Günün sonunda ən populyar istiqamətlərə biletlərin qiyməti kəskin artıb: Şanxaya – üç dəfə, Xancouya – səkkiz dəfə.
Lakin bu, çinlilər üçün maneə deyil. Hesablamalara görə, beş gün davam edəcək bayramda sakinlər 117 milyon dəfə səyahət edəcəklər.