Nensi Pelosi dördüncü dəfə ABŞ-ın Nümayəndələr Palatasının sədri seçilib. Bildirilir ki, onun lehinə 216 demokrat səs verib, bu partiyanın beş nümayəndəsi isə digər namizədi dəstəkləyib və ya bitərəf mövqedə olduğunu açıqlayıb.
Qeyd edək ki, Palatanın bu çağırışında azlıq təklif edən respublikaçılar Kevin Makkartiyə səs veriblər.
Xatırladaq ki, Nensi Pelosi Nümayəndələr Palatasındakı demokratlara 2003-cü ildən rəhbərlik edir. O, 2007-2011-ci illərdə, daha sonra isə 2019-cu ildə spiker olub. Pelosi ABŞ-da yeganə qadındır ki, spiker vəzifəsini tutur.