Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.