28 C
Baku
Saturday, July 27, 2024

Pensilvaniya Ali Məhkəməsi Trampın iddiasını rədd etdi

Pensilvaniya Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın Filadelfiyada müşahidəçilərin səslərin hesablanmasına nəzarət etmək imkanlarının məhdudlaşdırdığını iddia edən müraciətini rədd edib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Məhkəmə seçki komissiyasının müddəalarını “namizədlərin nümayəndələrinə seçki məcəlləsinə uyğun olaraq komissiyasının fəaliyyətini müşahidə etməyə imkanı olduğu üçün ağlabatan” hesab edib.

Xatırladaq ki, bundan əvvəl respublikaçıları vaxtından gec gələn minlərlə bülleteni etibarsız olduğunu təsdiq etməsini tələb etmişdilər. Tramp və onun vəkili Rudi Culiani Filadelfiya və Pittsburqda təxminən 600 min səsin etibarsız hesab edərək, bununla bağlı Apelyasiya Məhkəməsinə müraciət etmişdilər.

ABŞ prezident seçkiləri 3 noyabr tarixində keçirilib. Əldə olan məlumatlara görə, Amerika KİV-i seçkilərdə Demokratlar Partiyasının namizədi Co Baydenin qalib gəlməsi barədə yazıb. Qeyd edək ki, bir çox ölkə prezidentləri Co Baydeni bu münasibətlə artıq təbrik edib.

Buna baxmayaraq, ABŞ-ın hazırkı prezidenti Donald Tramp qələbəsi uğrunda məhkəmədə mübarizə aparacağını söyləyib.

Son xəbərlər
Digər xəbərlər