Pensiya artımı ilə inflyasiya necə hesablanacaq? – Ekspertdən açıqlama

0

Dünən Azərbaycan prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiqləyib. Bu qanunun təsdiqi ilə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunub.


Bu məsələni şərh edən iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, sözügedən sərəncamdan irəli gələn artım müsbət addım kimi qəbul olunmalıdır.

Onun sözlərinə görə, rəhbəri olduğu təşkilat ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqındakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdi:

“Eyni zamanda rəsmi illik inflyasiya dərəcəsinin hesablanma mexanizmi və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik.

Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur.

Nəticədə, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı inflyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi.

Təbii ki, bəzi illərdə nominal orta aylıq əməkhaqqındakı artım inflyasiya səviyyəsindən çox ola bilər.

Amma strateji olaraq inflyasiya səviyyəsi əməkhaqqı artımından daha çox olur və bu, indeksasiya məbləğinə təsir göstərir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məsələn, 2017-ci ildə inflyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əməkhaqqı artımı isə 5.7 faiz olmuşdu”.

Pensiya artımı ilə inflyasiya necə hesablanacaq?

V. Bayramov bildirib ki, Azərbaycan prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” dünən imzaladığı sənədə əsasən qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib.

Yeni dəyişikliklərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli, əvvəlki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq.

Məsələn, əgər pensiya kapitalında 10 min manat varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq.

Ekspert onu da qeyd edib ki, beyin mərkəzi olaraq bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki təklifin nəzərə alınmasını vacib sayırlar:

“Əvvəlla, əmək pensiyasının sığorta hissəsi ya inflyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun.

İkincisi və ən əsası, inflyasiyanın hesablanma mexanizmi təkmilləşdirilsin. Rəsmi inflyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir. Bu, indeksasiya məbləğinə birbaşa təsir göstərən meyardır”. Bu, indeksasiya məbləğinə birbaşa təsir göstərən meyardır”.