“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların sayı çoxdur. Bu, reallıqdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, artıq yeni mexanizm tətbiq olunmalıdır: “Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu, nə dərəcədə ədalətlidir?”.