Pensiyaçının bank hesabına köçürülmüş vəsaitin idarə olunması həmin şəxsin səlahiyyətindədir və pensiyaçının həmin vəsaiti kartda neçə müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib.
Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər:
“DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edir”