2 C
Baku
Saturday, December 14, 2024

Pensiyalar bu gün şəxsi hesablara köçürüləcək

İyun ayı üzrə əmək pensiyalarının köçürülməsində gecikmələr var, artıq bir neçə gündür bankomatların qarşısında növbələr yaranıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytının sorğusuna cavab olaraq bildirib ki, bu gün Bakı, Abşeron və Sumqayıt üzrə pensiyaların qrafikə uyğun şəkildə pensiyaçıların şəxsi hesablarına köçürülməsi təmin ediləcək. “Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sistemi cari ilin ötən ayları üzrə maliyyələşmənin müvafiq qrafik əsasında həyata keçirilməsinə imkan verib. İyun ayı üzrə də bu sosial ödənişlərin müvafiq qrafik əsasında maliyyələşdirilməsi işləri normal qaydada aparılır. Belə ki, artıq bu gündən Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə əmək pensiyalarının maliyyələşdirilməsi işləri yerinə yetirilir və günün sonuna pensiyaların qrafikə uyğun şəkildə pensiyaçıların şəxsi hesablarına köçürülməsi təmin ediləcək”,-E.Babayev deyib.

Növbəti günlərdə isə digər bölgələr üzrə əmək pensiyalarının maliyyələşdirilməsi həyata keçiriləcək.

Şöbə müdiri qeyd edib ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılır. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub: “Burada pensiyaların gecikməsindən söhbət gedə bilməz. Sadəcə elə aylar olub ki, pensiyalar qrafikdən əvvəl hesablara köçürülüb”.

E.Babayev onu da bildirib ki, iyun ayı üzrə də bütün növ pensiyaların maliyyə təminatı işləri qrafikə uyğun şəkildə yerinə yetiriləcək.

Son xəbərlər
Digər xəbərlər