8 C
Baku
Monday, November 18, 2024

Pensiyalar, sosial yardımlar Novruz bayramına qədər ödəniləcək

Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planlaşdırılır.

Banker.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının ödənişi bu həftə yekunlaşacaq. Bu məqsədlə müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparılır.

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.

 

Son xəbərlər
Digər xəbərlər