Pensiyaların artım ilə veriləcəyi vaxt açıqlanıb.
Banker.az “Report”-a istinadən məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev jurnalistlərə açıqlamasında pensiyaçıların artımları gələn aydan etibarən ala biləcəklərini bildirib.
Onun sözlərinə görə, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır: “Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.