19 C
Baku
Friday, November 7, 2025

Pensiyaların artırılmasına 140 milyon manat ayrılacaq

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin sözlərinə görə, ötən şənbə günü Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam ölkəmizdə yaşayan 1 milyon 223 min nəfər təqaüdçüyə şamil olunacaq.

“Trend” fond sədrinin sözlərinə istinadən xəbər verir ki, əmək təqaüdlərinin baza hissəsinin artırılmasının maliyyələşməsi məqsədilə əlavə olaraq 140 milyon manat vəsait ayrılacaq.

Ölkə başçısının sərəncamına müvafiq olaraq, 1 fevral 2016-cı il tarixindən etibarən əmək təqaüdlərinin baza hissəsi 10% artırılaraq 110 manata çatdırılacaq.

Son xəbərlər
Digər xəbərlər