10 C
Baku
Wednesday, December 11, 2024

Pensiyaların az hesablandığı aşkar olundu- Açıqlama

Azərbaycanda 300-dən çox şəxsin pensiyasının qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktı aşkarlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib. 

Onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib. O cümlədən ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb. Eyni zamanda, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.

 

Son xəbərlər
Digər xəbərlər