28 C
Baku
Saturday, July 27, 2024

Pensiyaların orta aylıq məbləği 5,2 faiz artıb – Nazirlik deyir

Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. Bu barədə Banker.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib. Bu artım dinamikasının davamı olaraq, cari ilin ötən dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 oktyabr 2017-ci il tarixinə 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər