7 C
Baku
Saturday, December 3, 2022

Pensiyaya dair nələr dəyişdi? Yeniliklər nə vəd edir?

Banker.az xəbər verir ki, “Əmək Pensiyaları” haqqında Qanuna yeni dəyişiklik layihəsi Milli Məclisin 18 noyabr 2022-ci il tarixdəki plenar iclasında birinci oxunuşda qəbul olunub.

Nə dəyişib?

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə  pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

“Pensiya amnistiyası” adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.  Bu nədir? Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il staj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq, əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

“Dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir”- deyə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O bildirib ki, praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququn malik olacaqlar.

“Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşaya görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”- deyə, MM-nin deputatı bildirir.

Son xəbərlər
Digər xəbərlər
X