10 C
Baku
Tuesday, November 12, 2024

Pentaqon 20 ölkədə hərbi obyektlərin inşasına $240 mln. ayıracaq

ABŞ Yaxın Şərq və Orta Asiyanın 20 ölkəsində hərbi obyektlərin inşası layihəsini realizə etməyi planlaşdırır. Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, təşəbbüs təxminən 240 milyon dollar dəyərində qiymətləndirilir.

Pentaqonun verdiyi məlumata görə, hava limanları, lazımi infrastruktur, magistral yollar, xəstəxanalar, istehsal müəssisələri, elektrik stansiyaları və su təchizatı şəbəkələri daxil olmaqla hərbi obyektlərin strukturunun yaradılması podratçılara həvalə edilib. Layihə həmçinin bütün növ təyyarələr üçün uçuş-enmə zolaqlarının və taksi yollarının inşasını nəzərdə tutur.

“Texniki tapşırıqlar müxtəlif obyektlər üçün üfüqi və şaquli konstruksiyalar da daxil olmaqla hərbi satış və hərbi tikinti proqramları çərçivəsində dizayn xidmətlərini əhatə etsə də, yalnız bunlarla məhdudlaşmır”, – sənəddə deyilir.

Pentaqon Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan kimi ölkələrdə yeni hərbi obyektlər inşa edəcək. Xatırladaq ki, daha əvvəl ABŞ iki pilotsuz təyyarəsini Yaponiyada yerləşən Misava hərbi bazasında yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Cihazlardan biri artıq təyinat nöqtəsinə çatdırılıb.

Yaponiya Müdafiə Nazirliyi qeyd edir ki, uzaq mənzilli kəşfiyyat vasitələrinin müvəqqəti yerləşdirilməsi ətraf ölkələrin aktivliyinin artması fonunda dəniz üzərində təhlükəsizliyi gücləndirəcək.

Son xəbərlər
Digər xəbərlər