ABŞ Hərbi Hava Qüvvələri uçuşlarının təhlükəsizliyi ilə bağlı mümkün problemlərin araşdırılması üçün bütün 20 B-2 Spirit strateji bombardmançı təyyarələrinin uçuşlarını dayandırıb.
Bunu jurnalistlərə ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Bet Del Vekkio deyib.
B-2 bombardmançı təyyarələri Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasında yerləşir.