ABŞ Müdafiə Nazirliyi Amerika ərazisi üzərində aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmir, onun sonrakı hərəkətini izləyir və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirir.
Bu barədə cümə günü Pentaqonun sözçüsü general Patrik Rayder bildirib.
“Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı onu (hava balonu – red.) yaxından izləməyə davam edir”, – Müdafiə Departamentinin nümayəndəsi bildirib.
General bildirib ki, şar hazırda ABŞ-ın mərkəzi üzərindədir və Şərqə doğru irəliləməkdə davam edir.
“Hazırda hava şarının yerdəki insanlar üçün heç bir hərbi və fiziki təhlükə yaratmadığını təxmin edirik”, – general bildirib.