“ABŞ Çinlə əlaqələri yaxşılaşdırmaq üçün bu ölkə ilə dialoq qurmalıdır, bu günə qədər ölkələr praktiki olaraq bir -biri ilə danışmır”.
Bu fikri ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsi (KNS) sədrinin müavini general Con Hayten söyləyib.
Onun sözlərinə görə, Çin Rusiyadan tamamilə fərqli rəqibdir:
“Çünki Çin iqtisadiyyatının miqyasına və gücünə görə böyükdür. Müttəfiqlərimiz və tərəfdaşlarımız bölgədəki böyük iqtisadiyyatı olan Çinlə işləyə və əməkdaşlıq etməyi bilməlidirlər”.