10 C
Baku
Friday, October 25, 2024

Pentaqon: Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək

Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək.

Bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

“Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq”, – Ostin deyib.

O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər.

Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq Rusiyanın Ukraynada mümkün kimyəvi hücumlarına hazırlaşır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər