ABŞ-ın Müdafiə nazirliyinin binası dünyanın ən məşhur tikililərindən biridir. Binanın 1943-cü ildə inşa edilməsinə baxmayaraq, Pentaqon indi də dünyanın ən nəhəng ofis binalarından biri olaraq qalır. Pentaqon haqqında bir neçə maraqlı faktı diqqətinizə çatdıraq.
- Bina ilk olaraq Müdafiə nazirliyinin binası olaraq inşa edilmirdi. Lakin inşaat işləri başa çatdıqda nazirlik əməkdaşları üçün cari ofisləri kifayət etmirdi və yeni ofis binasına ehtiyac var idi.
- Pentaqonun sahib olduğu ərazi 474 300 kvadrat metrdir və bu Empire State Building-in ərazisindən 2 dəfə çoxdur.
- Pentaqon qara dərili insanların yaşadığı və “Aşağı cəhənnəm” adını daşıyan gecəqondunun yerində tikilib.
- Soyuq müharibə dövründə Pentaqon “Sıfır nöqtəsi” adlandırılırdı. Belə ki, SSRİ ilə müharibə başlasaydı ilk zərbə məhz buraya endiriləcəkdi.
- Pentaqonda dəhlizlərin uzunluğu 28 km təşkil edir və özlüyündə dolaşıq labirinti əks etdirir.
- Bina 1943-cü ildən fəaliyyət göstərir və bu dövr ərzində cəmi 1 dəfə təmir işləri aparılıb ki, bu da 17 il (1994-2011-ci illər) davam edib.
- Binada cəmi 5 mərtəbə var. Belə ki, onun inşası İkinci dünya müharibəsi illərinə təsadüf etdiyindən polada müharibə ehtiyacları üçün qənaət edilmişdi.
- Polada bu qənaət səbəbindən binada lift də yoxdur.
- Yuxarıda qeyd etdiyimiz kimi, binanın təmiri 17 il davam etsə də, onun inşasına cəmi 2 il tələb olunmuşdu.