12 C
Baku
Wednesday, December 11, 2024

Pentaqon İranı Oman körfəzində neft tankerini vurmaqda ittiham edib

ABŞ Mərkəzi Hərbi Komandanlığı (Centcom) bu həftə Oman sahillərində Liberiya bayrağı altında üzən tankerin İrana məxsus pilotsuz uçuş aparatları ilə vurulduğunu iddia edib.

“Noyabrın 15-də yerli vaxtla saat 22:00-da Oman körfəzində İran istehsalı olan pilotsuz uçuş aparatı Liberiya bayrağı altında üzən “Pacific Zircon” tankerinə hücum edib. Bu tanker İsraillə əlaqəli kommersiya strukturuna məxsusdur”, – “Centcom”un bəyanatında deyilir.

“Qırıntılar üzərində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, bu, “Shahed” seriyasına aid zərbə dronudur. Gəmi zədələnsə də, itki yoxdur”, – bəyanatda vurğulanır.

Tankerin məxsus olduğu və israilli iş adamının rəhbəri olduğu Sinqapurun “Eastern Pacific Shipping” şirkəti dəymiş zərərin minimal olduğunu açıqlayıb.

Bundan başqa, yanacaq axıntısının qarşısının alındığı bildirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər