8 C
Baku
Thursday, March 12, 2026

Pentaqon İranla müharibənin ilk altı günündə ən azı $11,3 mlrd. xərcləyib

Pentaqon nümayəndələri Senatın müdafiə üzrə ayırmalar altkomitəsinin üzvləri ilə keçirilən qapalı brifinqdə bildiriblər ki, İranla hərbi əməliyyatın ilk altı günü ərzində ən azı 11,3 milyard dollar xərclənib. Altkomitənin üzvü senator Kris Kuns bu məlumatı “təxminən dəqiq” kimi qiymətləndirib, “ABC News” xəbər verir.

Onun sözlərinə görə, hazırda hərbi əməliyyatın ümumi xərcləri “səsləndirilən rəqəmi xeyli üstələyir”. Senator həmçinin ehtimal edib ki, İranda aparılan hərbi əməliyyatlar ABŞ-yə gündə 1,5 milyard dollardan çox başa gəlir. Hazırda Pentaqon üçün Konqres tərəfindən daha əvvəl ayrılmış vəsaitlər xərclənir. Ağ Ev isə əlavə maliyyələşmə üçün hələlik müraciət etməyib.

Bundan əvvəl “The Washington Post” qəzetinin mənbələri bildirmişdilər ki, İranla müharibənin ilk iki günündə Pentaqon 5,6 milyard dollar dəyərində sursat sərf edib. Həmçinin qeyd olunurdu ki, Donald Tramp administrasiyası yaxın günlərdə hərbi kampaniyanın dəstəklənməsi üçün Konqresə “on milyardlarla dollar” həcmində maliyyə ayrılması barədə sorğu göndərəcək.

Son xəbərlər
Digər xəbərlər