6 C
Baku
Monday, December 16, 2024

Pentaqon Kiyevə 2.6 milyardlıq yeni hərbi yardım ayırdı

ABŞ Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb .

Bu barədə Pentaqon məlumat yayıb.

Müdafiə Nazirliyi bu gün Ukraynaya yeni kritik təhlükəsizlik yardımı elan edib.

Nazirlikdən verilən məlumata görə, elan edilən yardım paketinə Patriot və NASAMS zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və pilotsuz uçuş aparatları üçün döyüş sursatları daxildir.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə tematik konfransda ABŞ-ın 300 km-ə qədər mənzilli ATACMS taktiki raketlərini və yüngül dördüncü nəsil F-16 qırıcılarını ötürmək niyyətində olduğunu bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər