Pentaqon “Microsoft”la 10 mlrd. dollarlıq müqaviləni ləğv edib

ABŞ-ın Müdafiə Nazirliyi Amerikanın ən böyük şirkətləri olan “Microsoft” və “Amazon”la bulud hesablamaları xidmətləri sahəsində bağlamaq istədiyi 10 milyard dollarlıq müqavilədən imtina etdiyini açıqlayıb.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında deyilir.

Pentaqonun informasiya texnologiyaları direktoru vəzifəsini icra edən Con Şerman vurğulayır ki, bu müqavilə (JEDI) ehtiyacların fərqli olduğu və məxfilik siyasəti texnologiyası daha az inkişaf etdiyi bir dövrdə aktual olub.

Nazirlik JWCC (Joint Warfighter Cloud Capability) adlanan bulud hesablama xidmətlərinin göstərilməsi üçün yeni bir müqavilə bağlamaq niyyətini də açıqlayıb.

Pentaqon “Amazon” və “Microsoft”un təkliflərini gözləyəcəyini bildirib, çünki onlar müdafiə departamentinin tələblərinə cavab verən yeganə bulud infrastruktur xidmətləri şirkətləridir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.