19 C
Baku
Thursday, May 30, 2024

Pentaqon “Moskva” kreyseri ilə bağlı Ukraynaya məlumat ötürülməsini təkzib edib

ABŞ Müdafiə Nazirliyi Qara dənizdə Rusiyanın “Moskva” kreyserinin qanadlı raketlə vurulması üçün Ukraynaya kəşfiyyat məlumatı ötürülməsini təkzib edib.

Bu barədə Pentaqonun mətbuat katibi Con Körbi bəyanat yayıb.

“Biz Ukraynaya “Moskva” üçün konkret hədəf məlumatları verməmişik. Biz ukraynalıların gəmiyə zərbə endirilməsi ilə bağlı həyata keçirdikləri əməliyyatda iştirak etməmişik. Ukraynanın gəmini hədəfə almaq niyyəti ilə bağlı öncədən heç bir məlumatımız olmayıb”, – deyə Con Körbi bildirib.

Körbi əlavə edib ki, ukraynalıların Rusiya hərbi gəmilərinin izlənməsi və hədəfə alınması üçün öz kəşfiyyat imkanları var və bu hadisə də onu göstərir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər