22 C
Baku
Monday, May 27, 2024

Pentaqon Qırmızı dənizi qorumaq üçün əməliyyata başlayıb

Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başladığını açıqlayıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.

L.Ostin açıqlamasında vurğulayıb ki, dəniz əməliyyatı Qırmızı dənizin cənubunda və Ədən körfəzində husilərin hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər