10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Pentaqon rəhbərinin istefa xəbəri rəsmən təkzib olundu

Rəsmi Pentaqon ABŞ-ın Müdafiə naziri Mark Esperin istefası ilə bağlı xəbərləri təkzib edib.

“NBC-nin reportajı böyük səhvdir və çaşdırıcıdır. Aydın şəkildə bildirmək istəyirəm ki, Müdafiə naziri Esperin istefaya getmək niyyəti yoxdur və ondan heç kim istefaya getməyi xahiş etməyib”, – deyə Pentaqon sözçüsü Conatan Hoffman öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, M. Esperlə hazırkı Prezident Donald Tramp arasında münasibətlər yaxşı deyil və ötən gün Müdafiə nazirinin istefa xəbəri yayılıb.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər