ABŞ Çinlə müharibəyə can atmır, lakin Prezident Donald Trampın administrasiyasının rəhbərliyi altında buna hazır olmaq üçün öz ordusunu gücləndirəcək.
Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib.
“Sülh arzusunda olanlar müharibəyə hazırlaşmalıdırlar. Buna görə də biz ordumuzu gücləndiririk. Buna görə də biz çəkindirmə qüvvəsini bərpa edirik. Döyüş ruhu onunla bağlıdır ki, biz çox fərqli ideologiyaları olan güclü, yüksələn ölkələrlə təhlükəli bir dünyada yaşayırıq. Biz Çinlə müharibə istəmirik və müharibəyə can atmırıq. Biz çalışacağıq, Prezident də çalışır ki, tarixi sülh olsun. Amma müdafiə naziri kimi mənim işim hazır olduğumuzdan əmin olmaqdır”, – o deyib.
Bununla Pentaqon rəhbəri Çin səfirliyinin “X” sosial şəbəkəsindəki “ABŞ-nin istədiyi müharibədirsə, istər tarif, istər ticarət, istərsə də hər hansı digər müharibə, biz sona qədər mübarizə aparmağa hazırıq” paylaşımına cavab verib.