ABŞ-nin müdafiə naziri Lloyd Ostin Sinqapurda keçirilən “Dialoq Şanqri-La” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində malayziyalı həmkarı Məhəmməd Həsənlə ilk görüşünü keçirib.
Bu barədə Pentaqon məlumat yayıb.
“Bu gün müdafiə naziri Lloyd Ostin Malayziyanın müdafiə naziri Məhəmməd Həsən ilə ilk təkbətək görüş keçirib. Onlar ABŞ-Malayziya müdafiə əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi yollarını, həmçinin regional təhlükəsizlik problemlərinin həllində əməkdaşlığı müzakirə ediblər”, – məlumatda qeyd olunub.
Bundan əlavə, görüşdə iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin artırılması üçün hərbi təlimlərin miqyasının genişləndirilməsi məsələsi qaldırılıb. Nazirlər ASEAN Müdafiə Nazirləri və Tərəfdaşlar Toplantısı çərçivəsində bu ilin sonuna qədər yeni görüşə ümid etdiklərini bildiriblər.