22 C
Baku
Wednesday, May 29, 2024

Pentaqon Rusiyanın Ukraynadakı əməliyyatlara 211 milyard dollar xərclədiyini açıqlayıb

Rusiya, ehtimal ki, Ukraynadakı əməliyyatlar üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması üçün 211 milyard dollara qədər (19,5 trilyon rubl) xərcləyib.

Bu barədə “Reuters” agentliyi adını açıqlamadığı Pentaqon rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Moskva münaqişə nəticəsində 1,3 trilyon dollar (120 trilyon rubl) itirəcək.

Kiyevə yardımın göstərilməsinin zəruriliyi ilə bağlı Konqresdəki müzakirələrdə danışan şəxs bildirib:

“Siz bizim Ukraynanı dəstəkləməyə davam edə bilməmiz üçün ABŞ Konqresinin əlavə maliyyə ayırmasının nə qədər vacib olduğu barədə çox danışdığımızı eşitmisiniz. Amma mənə elə gəlir ki, biz Rusiyanın artıq çəkdiyi və çəkməyə davam etdiyi xərclər barədə çox danışmamışıq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər