“Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınağı keçirməyə hazırlaşır”.
Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı bildirib.
Pentaqon rəsmisi sınağın dəqiq vaxtının məlum olmadığının vurğulayıb: “Biz inanırıq ki, Koreya Xalq Demokratik Respublikası nüvə sınağı keçirməyə hazırlaşır. Bununla belə, bunun nə vaxt baş tutacağı barədə spekulyasiya etməzdim”.
Qeyd edək ki, Şimali Koreya oktyabrın 4-də daha bir ballistik raket buraxıb. Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilometr hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib. Bildirilib ki, raket Yaponiya üzərindən uçub keçib. Bu, son 10 gündə Şimali Koreyanın 5-ci və ən böyük raket buraxılışıdır.