6 C
Baku
Sunday, December 15, 2024

Pentaqon Şoyqunun bəyanatını təkzib edib

Vaşinqton Rusiya Müdafiə Nazirliyinin Ukraynada məhv edildiyi iddia edilən “HIMARS MLRS” ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə Reuters məlumat yayıb.

“Müdafiə naziri Şoyqunun son iddialarından xəbərdarıq. Bildirmək istərdik ki, bu yenə də açıq-aşkar yalandır”, – deyə Pentaqonun sözçüsü vəzifəsini icra edən Todd Bressail bildirib.

Eyni zamanda o, əlavə edib ki, Ukrayna HIMARS sistemindən yüksək dəqiqliklə və səmərəli şəkildə istifadə edir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada al6 “HIMARS” və 33 “M777” haubitsasının məhv edildiyini açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər