Pentaqon silah istehsalçısı “Raytheon” ilə Ukrayna üçün NASAMS qısa və orta mənzilli zenit-raket komplekslərinin alınması üçün 182 milyon dollarlıq müqavilə bağlayıb.
Komplekslərin istehsalının təxmini başa çatma tarixi 23 avqust 2024-cü ildir.
Pentaqonun bəyanatında deyilir ki, ödəniş Ukraynanın təhlükəsizliyini təşviq etmək təşəbbüsü üçün əvvəllər ayrılmış vəsaitdən həyata keçiriləcək.