ABŞ Ukraynaya 275 milyon dollarlıq növbəti hərbi yardım paketi ayırıb.
Bu barədə jurnalistlərə cümə günü keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib.
“Nazirlik müdafiə sektorunda ehtiyacların ödənilməsi üçün Ukraynaya 275 milyon dollar məbləğində təhlükəsizlik yardımının 24-cü tranşının ayrıldığını elan edir”, – o deyib.
Qurumdan bildirilib ki, Ukraynaya yeni hərbi yardım paketinə HIMARS üçün raketlər, artilleriya mərmiləri, “Humvee” zirehli maşınları və atıcı silahlar daxildir.