17 C
Baku
Friday, October 18, 2024

Pentaqonun rəhbəri öz vəzifəsinin icrasına qayıdıb

ABŞ-nin müdafiə naziri Lloyd Ostin tibbi prosedur üçün nəzərdə tutulmuş 2,5 saatlıq aradan sonra vəzifəsinin icrasına qayıdıb.

Bu barədə Pentaqonun saytında məlumat verilib.

Prosedur zamanı onun işini ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks yerinə yetirib. Prosedurdan sonra Ostinin cədvəlində heç bir dəyişiklik olmayacaq.

Xatırladaq ki, daha əvvəl Ostinin xəstəxanaya yerləşdiriləcəyinə dair məlumat yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər