ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Müdafiə Nazirliyinə (Pentaqon) keçmiş Mərkəzi Qüvvələr (CENTCOM) komandiri, istefada olan general Lloyd Austini namizəd göstərəcək.
Bu barədə qərb KİV orqanları məlumat yayıb. Qeyd olunub ki, Bayden cümə günü seçəcəyi şəxs barədə ictimaiyyəti məlumatlandıracaq.
Qeyd edək ki, Austin 2016-cı ildə təqaüdə çıxıb və “Raytheon” müdafiə şirkətinin idarə heyətinin üzvü olaraq fəaliyyət göstərib.
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Mark Esper 2020-ci ilin 9 noyabrında vəzifəsindən azad edilib.
Bizi Facebookda izləyin