15 C
Baku
Saturday, April 27, 2024

“Pepsi Azərbaycan” cərimələnir

Amerikanın alkoqolsuz içki istehsalçısı “PepsiCo”nun Azərbaycandakı törəmə şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, törəmə şirkət olan “PepsiCo Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“PepsiCo Azərbaycan” MMC 2015-ci ildə yaradılıb və hazırda 2 792 168 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər