14 C
Baku
Friday, May 24, 2024

Pepsi-nin maraqlı tarixçəsi

Coca-Cola şirkətinin fəal rəqiblərindən olsa da, bütün çətinliklərə və problemlərə baxmayaraq şirkət layiqli mübarizə aparırdı. Bununla yanaşı böyük uğurlara da imza atmışdı.

İlk rəqibi Pepsi-Cola adlı içki kimi o da ilk olaraq cənubda meydana gəldi. Tərkibi isə Konfederativ ordunun keçmiş zabiti Kaleb Brebhem tərəfindən hazırlanmışdır. O dövrdə ailəsində baş verən böhranlar səbəbindən Kaleb tibbi məktəbi tərk etmək məcburiyyətində qaldı. O, 1893-cü ildə Şimali Kaliforniyada Nyu-Bern şəhərində aptek açmışdı. Bu aptek sodalı su satışı ilə sürətlə inkişaf edirdi. Digər aptek sahibləri kimi Kaleb də öz tibbi bilikləri vasitəsilə müxtəlif eliksirlərlə eksperimentlər aparırdı.

Bu zaman o tərkibi təxmini Coca-Cola ilə eyni olan bir içki hazırlamışdı. Bu içki mədədə baş verən narahatlıqları aradan qaldırmaq və mədə xorası ağrılarından azad olmaq üçün nəzərdə tutulmuşdu. Yeni yaranmış bu məhsul onun tərəfindən “Bredz Drink” adlandırıldı və tərkibi yağların qarışığından, ədviyyatlardan, vanildən, şəkərdən, tropik bitkilərdən, meyvələrdən və kola adlanan Afrika fındığından ibarət idi. İçki yerli əhali tərəfindən çox bəyənildi və 1902-ci ildə adı dəyişdirilərək Pepsi-Cola oldu. İki il sonra artıq məhsulun səhmləri bazara çıxarıldı. Tezliklə, Pepsi şüşə butulkalarda satışa buraxıldı.

1909-cu ildə artıq Pepsi-Colanın butulkalara qablaşdırılması üçün 250-ə yaxın müəssisə fəaliyyət göstərirdi və bunlar 24 ştatın ərazisində yerləşirdi. Bunun nəticəsində Kaleb artıq varlanmağa başladı.

Lakin Birinci Dünya Müharibəsi zamanı vəziyyət dəyişdi. Şəkər tozu qiymətlərinin qalxması və işçilərin maaşlarının ödənilməsindəki çətinlik şirkətin tənəzzül etməsinə səbəb oldu. 1922-ci ildə Pepsi-Cola şirkəti müflisləşdi və Kaleb Nyu-Bern şəhərindəki öz aptekdəki işinə geri dönməli oldu.

R.Meqarcel adında kifayət qədər varlı bir şəxs Pepsi ticarət markasını bütün səhmləri ilə birgə alaraq, Virciniya ştatı, Riçmond şəhərində yeni “Pepsi-Cola” şirkətini yaratmağı qərara aldı. Lakin onun vəsaitləri şirkəti qoruyub saxlamağa kifayət etmədi və 1932-ci ildə onun şirkəti də müflisləşdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər