“Mars Overseas Baku LTD” MMC “Qafqaz Otelləri Bakı” MMC ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az xəbər verir ki, “Mars Overseas Baku LTD” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
Şirkətin müraciətindəki işin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr qaynaqlanır.
Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.