20 C
Baku
Monday, April 15, 2024

“Pepsi” yeni loqo təqdim edib

“Pepsi” 15 ildə ilk dəfə loqonu yeniləyib. Yeni loqo ABŞ və Kanadada bu payız, qlobal bazarda isə gələn il istifadə olunacaq.

Yeni loqoda “PEPSI” sözü qalın qara rənglə yazılıb, yazı dairənin mərkəzində dalğavari ağ zolağın üstündə yerləşdirilib. O, 20-ci əsrin ikinci yarısında istifadə edilən loqoya bənzəyir, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

названия 3

Loqo içkiyə daha çox “enerji, inam və cəsarət” vermək üçün yenidən düşünülüb. Şirkət rəhbərliyi vurğulayıb ki, yeni dizayn “Pepsi”nin şəkərsiz içkilərə diqqətini əks etdirir.

Son xəbərlər
Digər xəbərlər