24.09.2024 15:50 Məlumat əlavə edildi
Aşağıda qeyd olunan borc şirkət tərəfindən tam olaraq ödənilmişdir.
“Pepsico Azərbaycan” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Pepsico Azərbaycan” MMC-nin vergi borcu 480 751.14 manatdır. Bu vergi borcu 22.09.2024-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Pepsico Azərbaycan” 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 792 168 manatdır və qanuni təmsilçisi Şahid Muxtarovdur.